Nazir Vilayət Eyvazov Əhəd Abıyevın qardaşını işdən çıxarıbbackend

Nazir Vilayət Eyvazov Əhəd Abıyevın qardaşını işdən çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Bizimyol.info xəbər verir ki, nazirin əmrinə əsasən polis mayoru Elvin Abbasov Gəncə Regional Narkomaniya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elvin Abbasov bu idarədə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib. Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevın qardaşıdır.