Tribuna İnformasiya Agentliyi

Nazir və köməkçisinin olduğu təyyarə yoxa çıxdı

26 İyul
Paraqvayın kənd təsərrüfatı naziri Luis Qneytinq və köməkçisi Visente Ramirezin olduğu təyyarə itib.
Qaynarinfo “La Nacion” nəşrinə istinadən xəbər verir ki, “Baron BE58” model təyyarə Ayolas şəhərindən paytaxt Asunsyona uçarkən radarlardan itib. Təyyarədə onlardan başqa 2 pilot da olub. Hazırda təyyarənin tapılması istiqamətində iş aparılır.
Beynəlxalq Hava Limanının rəhbəri Luka Roben Aquilar itgin düşən təyyarədə qəza anında siqnal göndərən qurğu olduğunu, lakin hələlik belə bir siqnal almadıqlarını bildirib.