Nazir saxta diplomlu direktoru işdən çıxardıbackend

Nazir saxta diplomlu direktoru işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb.

TİA.AZ-ın məlumatına görə, məsələ barədə Təhsil Nazirliyindən Oxu.az-a bildirilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.