Nazir milləti zülmə salıb: vaksin olmayanların uşaqları dərsə buraxılmır, indi də arayış tələbi…backend

Nazir milləti zülmə salıb: vaksin olmayanların uşaqları dərsə buraxılmır, indi də arayış tələbi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi ilin-günün bu vaxtında valideynləri işə salıb. Nazirlikdən məktəblərə verilən təlimat əsasında direktorlar valideynlərdən ailə tərkibi haqda arayış tələb edir.
TİA.Az xəbər verir ki, ailə tərkibi haqda arayışın istənilməsi vaksinasiya ilə izah olunur. Bundan əvvəl məktəblinin hər iki valideyni “COVİD” pasportunu təqdim etmişdilər.
Amma nazirlik bunu yetərli saymayıb, guya ailədə başqa üzvlər də ola bilər deyə indi də ailə tərkibi haqda arayış istənilir. Bu səbəbdən bir həftədən çoxdur ki, valideynlər kütləvi şəkildə əsir-yesir qalıblar.
Onlardan kimisi “JEK”dən rüşvət verib arayış alır, kimisi ASAN Xidmətə uzun növbələrə dayanmalı olur. ASAN Xidmət isə 1 həftədən tez olmamaqla arayışı təqdim edə bilər. Nəticədə valideynlər saatlarla növbədə dayanır, iş vaxtı zaman itirir, əsəb-stress və ilaxır…
Nazirlikdən məktəblərə verilən tapşırığa əsasən valideynləri vaksin olunmayan şagirdlər dərslərə buraxılmayacaq. Bu da yoluxmanın qarşısını almağa guya hesablanıb. Hərçənd, daşıyıcı olan da məktəblərdə çalışanlardır, evlərə də sinif otaqlarından virus daşınıb gətirilir. Eyni zamanda heç bir valideyn məktəbin içərisinə buraxılmır. Sadəcə, təhsil naziri milləti zülmə salıb.

TİA.Az