Nazir dərslərin niyə həftədə 3 dəfə keçirilməsinə aydınlıq gətirdibackend

Nazir dərslərin niyə həftədə 3 dəfə keçirilməsinə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sosial mediada dərslərin niyə həftədə 3 dəfə keçirilməsi barədə suallar verilir”.
TİA.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, pandemiyaya görə bir partada 2 şagird otura bilmir: “Buna görə də siniflər bölünür və artıq həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Pandemiya şəraitində ən vacib olan sıxlığın idarə olunmasıdır. Verilən qərarlar yaradıcılıqdan yox, zərurətdən yaranıb. Amma bütün məktəblərdə sıxlıq eyni deyil. Məktəblərin yarısında şagird sayı 20-dən çox deyil. Ölkədə cəmi 315 sinifdə 40-dan çox şagird var, o siniflərlə ciddi problemimiz olacaq. Amma bu siniflər ölkədəki şagirdlərin 0,4 faizini təşkil edir”.
Nazir bildirib ki, 5-9-cu siniflər və orta təhsilin digər səviyyələri ilə bağlı qərarlar fevralın 8-də və ya 15-də verilə bilər. Burada tarix yoluxma statistikasından asılı olaraq dəyişəcək.