Tribuna İnformasiya Agentliyi

Nazir cinayətkarı gec tapdıqlarına görə üzr istədi

01 May

Yaponiyanın ədliyyə naziri Yoko Kamikava polisin həbsxanadan qaçan cinayətkarı 23 gün sonra tutmasına görə insanlardan üzr istəyib.

TİA.AZ  life.ru-ya istinadən xəbər verir ki, Tatsuma Hirao Eximo prefekturasındakı həbsxanadan qaçdıqdan sonra onun tapılması üçün 15 min yapon polisi cəlb edilib. Ancaq onlar oğurluq üstündə həbs edilən 27 yaşlı cinayətkarı tapa bilməyiblər. Tatsuma azadlıqda ikən də oğurluğundan qalmayıb.

Belə ki, o, həbsdən qaçdıqdan sonra avtomobil oğurlayıb. Aprelin 24-də Hirosima şəhərinə keçən Hirao yarımçıq tikililərin birində çardaqda gizlənirmiş O, Hirosimada motosiklet də oğurlayıb. Polis isə cinayətkarı təsadüfən tapıb.

İnternet-kafelərdən birinin işçisi polisə zəng edərək məkanında şübhəli şəxsin olduğunu xəbər verib. Kafeyə yollanan polis əməkdaşları şübhəlinin onların 23 gündür ki, axtardıqları cinayətkar olduğunu görüblər. Ələ keçirilən Tatsuma aidiyyatı orqanlara təhvil verilib.