Tribuna İnformasiya Agentliyi

Nazir bəstəkarın oğluna yüksək vəzifə verdi

06 Fevral

Müğənni Çingiz Mustafayevin ölkəmizi “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcəyinə dair xəbərlər yayılıb.

BAKU.WS xəbər verir ki, “Eurovision 2019” mahnı müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova sözügedən məsələ ilə bağlı açıqlama verib.

H. Məhərrəmova “Instagram” hesabında paylaşım edib və yayılan xəbərlərin əsassız olduğunu qeyd edib:

“”Eurovision 2019” Azərbaycan təmsilçisi hələ də seçilməyib. “İctimai” televiziya həm iştirakçı, həm mahnı seçimlərini hələ də davam etdirir. Çox az qalıb, bir azdan hər şeyi biləcəksiz. Əsəbiləşməyin və səbirli olun. Yalan və təsdiqlənməmiş məlumatları bizim dostlarımız “İNFE Azerbaycan”a çatdıran adamlara isə ar olsun!”.

Çingiz Mustafayev də “Instagram” səhifəsində mövzu barədə açıqlama yayıb. O, “Eurovision”a getməyəcəyini vurğulayıb:

İctimai TV tərəfindən seçimlərə dəvət almışam və hamı kimi orada çıxış etmişəm. Ondan sonra heç bir məlumatım olmayıb. İTV ilə əlaqə saxladım, onlar məlumatı təsdiqləmədilər. Xahiş edirəm, mənbəsiz məlumatları yayıb aranı qatışdırmayın”.