Nazir 43-cü bölmənin rəisini və 4 əməkdaşını İŞDƏN ÇIXARDIbackend

Nazir 43-cü bölmənin rəisini və 4 əməkdaşını İŞDƏN ÇIXARDI

Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.

Xəbəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsindən  təsdiqləyiblər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki