Nazilə Məmmədovanın Abşeronda pandemiya gəlirləri: maraqlı nüans…backend

Nazilə Məmmədovanın Abşeronda pandemiya gəlirləri: Maraqlı nüans…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayon Təhsil şöbəsi müdiri Nazilə Məmmədova pandemiya dövründə də gəlirlərindən məhrum olmayıb.
TİA.Az-ın sosial mediada yayılanlara istinadən verdiyi xəbərə görə, buraxılış imtahanları getdiyi ərəfədə onlayn dərsə girməyənlər, repetitor yanına gedənlər “görüm-baxım” etməli olurlar. Həmçinin indidən məktəblərə, xüsusən rus sektoruna şagird qəbulu pullu ediblər.
Məktəb direktorları bəhanə edirlər ki, yer yoxdur, amma “şirinlik” görəndə yer də tapılır. Bu sistem N.Məmmədovanın Abşeron təhsilinin başına gəldiyi gündən qüvvədədir. 2017-ci ildən o, rayon təhsilini bazara çevirib.

Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova icra başçısı İradə Gülməmmədova tərəfindən bu vəzifəyə təyin olunub. Xanımlar bir – birini yaxşı anlayırlar və Abşeron təhsilində biznes qurublar.
Elə son illərdə dövrü mətbuatda və onlayn media resurslarında Abşeron rayonununı orta məktəblərində baş vermiş xoşagəlməz halları nəzərə alsaq onda burada işlərin heç də ürəkaçan olmadığını görmüş olarıq.

Məlumat üçün bildirmək istərdik ki, Abşeron rayonunda 38-i tam orta məktəb olmaqla 1 ümumi orta məktəb və 1 məktəb-lisey fəaliyyət göstərir.
Bu məktəblərin 10-u Xırdalanda olmaqla digərləri rayonun kənd orta məktəbləridir. Bakı şəhərinə yaxın olmasına baxmayaraq bu orta məktəblər mərkəzdən kənar olduğuna görə o qədər diqqət çəkmirlər.

Məsələn Güzdək, Aşağı Güzdək, Pereküşkül, Çaylı, Digah, Səngəçal Görədil, Fatmai kimi kəndlərdə şagird və müəllimlərin dərsə davamiyyəti digərləri ilə müqayisədə çox aşağı səviyyədədir.
Rayonun əsas diqqət çəkən məktəbləri Xırdalan, Ceyranbatan və Masazır qəsəbələrində yerləşir ki, bura da təhsilin keyfiyyəti o qədər ürəkaçan deyil. Pandemiya dövründə isə Abşeron təhsili tam çöküb.
Rayon təhsil şefi Nazilə Məmmədovanın tender işləri ilə bağlı jurnalist tədqiqatlarını davam etdiririk.

TİA.AZ