Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqləyibbackend

Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqləyib

Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva oğlu 29 yaşlı Aysultan Nazarbayevin ölüm xəbərini təsdiqləyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

***

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi və Senatın eks-spikeri Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev 30 yaşında vəfat edib.

Bu barədə “zakon.kz” xəbər portalı məlumat yayıb.

“Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ölümünə səbəb ürək tutması olub. Digər detallar barədə hələ məlumat yoxdur”, – deyə, məlumatda qeyd olunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki