Nazarbayevin qızı Milli Məclisin iclaslarında iştirak etmədibackend

Nazarbayevin qızı Milli Məclisin iclaslarında iştirak etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa parlamentin aşağı palatasının plenar iclasında iştirak etməyib. 
TİA.AZ  “İnterfaks”a istinadla xəbər verir ki, məlumatına görə, buna səbəb xəstəlik olub.
Dariqa Nazarbayevanın çərşənbə axşamı və çərşənbə günü də Məclis iclaslarında iştirak etmədiyi bildirilir.
Qazaxıstanda kütləvi etirazlar və iğtişaşlar zamanı bəzi nəşrlər xalqın lideri Nursultan Nazarbayevin ailə üzvləri ilə birlikdə ölkəni tərk etdiyi barədə məlumat yayıb. Yanvarın 6-da Qırğızıstan KİV-i Nazarbayevlər ailəsinə məxsus iki təyyarənin Bişkek hava limanına eniş etdiyini yazıb.
Ertəsi gün Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti ölkə liderinin Nazarbayevlə telefonla danışdığını bildirsə də, Qazaxıstanın ilk prezidentinin həmin an harada olduğunu dəqiqləşdirməyib.
Yanvarın 9-da Nazarbayevin mətbuat katibi onun Nur-Sultanda olduğunu və Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayevlə əlaqə saxladığını bildirib.