backend

Nazarbayevdən türk birliyi ilə bağlı – Mühüm sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb. 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstanın dövlət qəzeti olan “Eqemen Kazaxıstan” qəzetində məlumat yer alıb. Sərəncama əsasən 2017-ci ilin sonuna kimi latın qrafiki ilə vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır. N. Nazarbayev yeni əlifbanın öyrənilməsi üzrə mütəxəssislərin 2018-ci ildən işə başlaması və orta təhsil müəssisələri üçün yeni əlifba ilə dərsliklərin hazırlanması barədə də göstəriş verib. Prezident bildirib ki, 2025-ci ildə Qazaxıstan artıq sənədləşməni, dövri nəşrləri və dərslikləri latın əlifbası ilə çıxarmalıdır.

Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstan latın əlifbasından istifadə edib.