Tribuna İnformasiya Agentliyi

Naxçıvanda ordu tam heyətlə döyüş rayonlarına çıxarıldı

15 Noyabr

Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir. Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində “Həyəcan” siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.

Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir.

Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.