Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər ölüb, yaralı varbackend

Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər ölüb, yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.
Hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.
Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
 
Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.
 
Yaralı reanimasiyaya yerləşdirilib.
 
Qeyd edilib ki, ölənlər məktəbin inşaatında çalışanlardır.