Naxçıvanda maraqlı məhkəmə: Arvad işləmək istədiyi üçün ər ondan boşanırbackend

Naxçıvanda maraqlı məhkəmə: Arvad işləmək istədiyi üçün ər ondan boşanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda kişi iş axtaran həyat yoldaşından boşanıb.

“Qafqazinfo” xəbər verir ki, Şahbuz rayon sakini Elnur Əliyev məhkəməyə müraciət edərək həyat yoldaşı Fərqanə Əliyevadan boşanmaq istədiyini bildirib.

Məhkəmədə boşanmasının səbəbini izah edərkən Elnur Əliyev bildirib ki, Fərqanə onu saymadığı üçün ayrılır: “2016-cı ildə ailə qurmuşuq, amma 2018-ci ildə rəsmi nikaha daxil olduq. İki övladımız var. Fərqanə ilə ailə qurandan sonra təxminən bir-iki il normal yola gedirdik, sonradan münasibətlərimiz tamamilə pozuldu. Buna səbəb isə Fərqanənin məni saymaması, məni eşitməməsi və özbaşına iş axtarmasıdır. Fərqanə məndən xəbərsiz anası evinə gedirdi. Ona mobil telefon işlətməməsini deyirdim, amma buna əhəmiyyət vermirdi. Buna görə də aramızda mübahisə yaranırdı. Sonra Fərqanə evi tərk etdi. Mən də artıq boşanmaq qərarına gəldim”.

E.Əliyev qeyd edib ki, ötən ilin noyabrın 8-dən bəri ayrı yaşayırlar, uşaqlar da analarının yanında qalır: “Bu müddət ərzində uşaqlara hər-hansı maddi yardım etməmişəm. Fərqanənin tələb etdiyi kimi, bir uşağa görə 170 manat alimenti  ödəyə bilməyəcəm. Fəhlə işləyirəm, 230 manat maaş alıram. Hər uşaq üçün 100 manat miqdarında aliment ödəyə bilərəm”.

Məhkəmədə sualları cavablandıran Fərqanə Əliyeva bildirib ki, Elnur ilə münasibəti son bir neçə aydır pozulub: “Buna səbəb isə Elnurun son zamanlar çox spirtli içki qəbul etməsidir. Sonuncu dəfə Elnurdan icazə alıb anamgilə getdim, amma evə qayıtdıqdan sonra Elnurla onun anası məni evdən qovdular. Buna görə mübahisə etdik, Elnur mənə “bizdən ailə olmaz. Səninlə birlikdə yaşamaq istəmirəm”, – dedi. Bundan sonra ayrı yaşamağa başladıq, uşaqlar isə mənimlə qalır”.

Məhkəmə onların tələbini nəzərə alaraq boşanma barədə qərar çıxarıb. Uşaqların ananın yanında qalmasına, atanın isə hər uşağa görə aylıq 115 manat aliment ödəməsinə qərar verilib.