Naxçıvanda KİVDF ləğv edildi, Medianın İnkişafı Agentliyi yaradılırbackend

Naxçıvanda KİVDF ləğv edildi, Medianın İnkişafı Agentliyi yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

TİA.AZ-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 21-də bununla bağlı fərman imzalayıb.

Fərmanla “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” və “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının tərkibi” təsdiq edilib.