Tribuna İnformasiya Agentliyi

Naxçıvanda avtomat meteostansiyalar quraşdırılıb

08 İyun

Naxçıvan Muxtar  Respublikasında meteoroloji müşahidə şəbəkəsinin təkmilləşdirilməsi prosesinə başlanılıb. Artıq Muxtar Respublikada Finlandiya istehsalı olan müasir standartlara cavab verən avtomatlaşdırılmış stansiyalar vasitəsilə 7 meteoroloji parametr üzrə məlumatların əldə olunması və ötürülməsi mümkün olacaq.

 TİA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və dəstəyi  ilə avtomat meteostansiyalardan biri Naxçıvan, digəri isə Culfa şəhərində quraşdırılıb.