Navalnının işini aparacaq hakim qəfildən dəyişdirildibackend

Navalnının işini aparacaq hakim qəfildən dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 fevral çərşənbə axşamı səhər FSIN-in Aleksey Navalnının şərti cəzasını həqiqi cəza ilə əvəz etməsi barədə Moskva Simonovski Məhkəməsinin iclası başlamazdan əvvəl məhkəmənin hakimi gözlənilmədən dəyişib.

TİA.AZ  xəbər verir ki, artıq Yulia Okuneva yox, Natalya Repnikova məhkəməyə sədrlik edəcək. Əvəzetmənin səbəbləri hələlik məlum deyil.

Xatırladaq ki, Simonovski məhkəməsinin iclası daha çox jurnalistin qəbul oluna bilməsi üçün Moskva Şəhər Məhkəməsinin binasında sahə formatında keçiriləcək. İndi bina təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb, küçədə Aleksey Navalnının tərəfdarları saxlanılması davam edir. Müxalifətçi özü artıq Moskva Şəhər Məhkəməsinə aparılıb.