Navalnının Almaniyaya aparılması üçün təyyarə yola düşübbackend

Navalnının Almaniyaya aparılması üçün təyyarə yola düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koma vəziyyətində olan rusiyalı müxalifətçi Aleksey Navalnının Rusiyanın Omsk şəhərindən paytaxt Berlinə aparılması üçün Almaniyadan xüsusi tibbi təyyarə göndərilib.

“Report” Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, təyyarə gecəyarı Nürnberq şəhərindən yola düşüb.

A.Navalnının Berlinin “Şarite” klinikasına yerləşdiriləcəyi bildirilir.

Siyasətçinin mətbuat katibi Kira Yarmışın sözlərinə görə, təyyarənin yola düşməsinə baxmayaraq, həkimlər müxtəlif əngəllər yaradaraq A.Navalnının aparılmasına icazə vermirlər. Təyyarəni müxalifətçinin komandası təşkil edib.