NAVALNINI ZƏHƏRLƏYİBLƏR – “Güman edirik ki, Alekseyin çayına nəsə qatıblar”backend

NAVALNINI ZƏHƏRLƏYİBLƏR – “Güman edirik ki, Alekseyin çayına nəsə qatıblar”

Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

TİA.AZ xəbər verir ki, bu barədə “Twitter”də siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

“Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik”, – o qeyd edib.

“Güman edirik ki, Alekseyin çayına nəsə qataraq onu zəhərləyiblər. Səhərdən bəri içdiyi yeganə şeydir. Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə hopub. Hazırda Aleksey huşsuzdur”, – K.Yarmış əlavə edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki