Navalnı məsələsi Rusiya ilə AB arasında yeni gərginlik yaradıbbackend

Navalnı məsələsi Rusiya ilə AB arasında yeni gərginlik yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Navalnı məsələsi Avropa Birliyində Rusiyadan enerji alınması problemini bir daha qabardıb.

Lakin siyasətçilərdən fərqli olaraq ekspertlər bu məsələdə ehtiyatlı mövqe sərgiləyirlər. “Əslində Avropa Parlamentində sağ mərkəzçi Xalq partiyasının fraksiya rəhbəri Manfred Veber üçün situasiya aydındır. Onun düşüncəsinə görə, əgər sanksiya tətbiq olunarsa, enerji sahəsindən yan keçmək mümkün olmayacaq. Lakin bu məsələdə uduzan tərəf Rusiya yox, AB özü ola bilər”,-deyə Almaniyanın “Handelsblatt” qəzetindən Klaus Ştatman yazıb.

“Burada Rusiyanın AB-yə təbii qaz tədarükündəki payını nəzərə almaq lazımdır. İndi bu pay 40% təşkil edir. Belə bir həcmi qısa müddətdə əvəzləmək sadəcə olaraq mümkün deyil”,-deyə “Zukunft Erdgas” qaz birliyinin sədri Timm Keler qəzetə danışarkən söyləyib.

Qəzet Almaniyanın Rusiyanın təbii qazından ən çox asılı ölkə olduğuna diqqət çəkib. Belə ki, Almaniyanın idxal etdiyi təbii qazın 51,6%-i məhz Rusiyadan gəlir. Halbuki, 2016-cı ildə bu rəqəm 44,4% təşkil edirdi.

Üstəlik, son dövrlərdə nüvə energetikası və kömürdən imtina olunması təbii qaza olan tələbatı olduqca artırıb. Hazırda bərpa olunan enerji qaynaqlarından istifadənin dəbə minməsinə rəğmən, məhz təbii qaz ən güvənilən enerji ehtiyatı rolunda çıxış edir,”-deyə Beynəlxalq Enerji agentliyinin “Germany2020” adlı hesabatında deyilir.

“Rusiya nefti və qazının gələcək perspektivdə tam əvəz edilməsi ideyası qəti şəkildə mümkün deyil. Rusiyanın enerji ehtiyatlarının tədarükçüsü kimi oyundan çıxarılması da özü ilə bərabər ciddi risklər gətirə bilər”,-deyə Alman iqtisad institutunun direktoru Hubertus Bardt “Handelsblatt” a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və AB bu sahədə bir-birləri ilə sıx asılı vəziyyətdədir. Üstəlik, bu məsələ ikitərəfli münasibətlərdə sabitlik effekti yaradır.