Navalnı Kolçugino istintaq təcridxanasından yoxa çıxdıbackend

Navalnı Kolçugino istintaq təcridxanasından yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxalifət lideri Aleksey Navalnının tərəfdaşları Vladimir istintaq təcridxanası-3 “Kolçugino”dan çıxarıldığını və siyasətçinin yeni yerinin bilinmədiyini deyib.

TİA.AZ xəbər verir ki, Navalnının vəkillərinin səhər təcridxanada olduğu, ancaq “müxtəlif bəhanələrlə Alekseylə görüşməsinə icazə verilmədiyi” bildirilir. Günün ortasında vəkillərə Navalnının “getdiyini” söyləyiblər.

“Haraya sualına cavab verməkdən imtina etdilər”, – məlumatda deyilir.

Bundan əvvəl Navalnının cəzasını Kolçuginodan bir saatlıq məsafədə yerləşən Pokrovskaya İT-2-də çəkəcəyi ilə bağlı bir versiya müzakirə edilmişdi.