Navalnı harınlamış senatoru ifşa etdi – FOTOLARbackend

Navalnı harınlamış senatoru ifşa etdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Andrey Klişasın “əcəb etmişəm” deməkdən başqa çarəsi qalmadı

Rusiya müxalifətinin lideri Aleksey Navalnı özünün Putin hakimiyyətinə yönəlik növbəti ifşa videosunu yayımlayıb.

Bu dəfə onun hədəfində “Sosial şəbəkələrdə dövlət hakimiyyətinə hörmətsizlik edilməsinə görə sərt cəzaların tətbiq olunması” ilə bağlı qanunvericilik təşəbbüsünü irəli sürən, Krasnoyarsk vilayətini Federasiya Şurasında təmsil edən, vaxtilə dövlət və özəl şirkətlərdə çalışaraq şübhəli şəkildə varlanan multimilyoner Andrey Klişas olub.

Aleksey Navalnı Klişası quldur adlandıraraq onun bu qanunla əslində hakim rejimin, habelə özünün korrupsiya əməllərinin, taladığı pulların, haqsız yerə varlanmasının ictimaiyyət içində müzakirə olunmasını əngəlləmək istədiyini önə sürüb.

Aleksey Navalnın “youtube” kanalında yayımlanan videosüjetində A.Klişasın Rusiyada bəyan etmədiyi İsveçrədəki Lago Macore gölünün kənarında olduqca bahalı malikanəsini, habelə Moskva ətrafında böyük bir qəsri xatırladan evini, habelə başqa daşınmaz mülklərini, həmçinin 163 milyon rublluq (2 milyon 360 min ABŞ dolları) saat kolleksiyasını, “Maybach” avtomobilini nümayiş etdirib.

Ən maraqlısı isə Andrey Klişas bütün bu sərvətini bütün rus oliqarxlarının etdiyi kimi Britaniyanın Vircin adalarındakı offşor şirkətinin adında göstərib.

Senator Andrey Klişas isə Navalnının dediklərindən daha çox mülkünün olduğunu bildirsə də, “Maybach” avtomobili və offşor şirkətlərinə malik olmasını inkar edib. A.Klişas həqiqətən koleksiyasında 32 ədəd mürəkkəb saatın olduğunu və onların hamısını Federasiya Şurasında xüsusi seyfdə saxladığını söyləyib.

“Bütün bunlar qanuni yolla əldə edilib və vergiləri də ödənilib”, – deyə Andrey Klişas bildirsə də sərvətinin mənbəyini açıqlamayıb.

Çünki Andrey Klişasın Federasiya Şurasından başqa Rusiya Xalqlar Dostluğu Universiteti Hüquq İnstitutundakı kafedra müdirliyindən başqa rəsmi vəzifəsi yoxdur.

Yeri gəlmişkən, Klişasın Vircin adalarındakı şirkətləri də onun kafedradakı müavini Eduard Yeremyanın adınadır.

Andrey Klişas vaxitlə Navalnı ilə bilikdə Rusiya Xalqlar Dostluğu Universitetində bir kursda oxuduğunu qeyd edərək, müxalif liderin özü haqqında çox şeyi bildiyini, lakin bunu açıqılayacaq dərəcədə aşağı düşməyəcəyini söyləyib.