“Navalnı da eyni üsulla zəhərlənib” – Alman həkimlər yekun qənaətə gəlibbackend

“Navalnı da eyni üsulla zəhərlənib” – Alman həkimlər yekun qənaətə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey Navalnlnı müalicə edən Alman həkimlər, bolqarıstanlı həmkarlarından iş adamı Yemelyan Gebrevin zəhərlənməsi ilə bağlı materialları istəyiblər. Bu barədə Almaniyanın “Spiegel” jurnalı “Bellingcat” qrupu ilə birlikdə aparılan bir araşdırmaya istinadən yazıb.

Araşdırmaların mənbələri açıqlanmır. Nəşr bildirir ki, “Charite” klinikasının həkimləri Gebrev və Navalnının zəhərlənməsində oxşar zəhərli maddələrdən istifadə edilə biləcəyi qənaətinə gəliblər.

Daha əvvəl “Charite” xəstəxanasının həkimləri Navalnının xolinesteraz inhibitor qrupundan olan maddə ilə zəhərlənə biləcəyini açıqlayıblar. “Spiegel” və”Bellingcat”a görə, indi alman həkimlər Navalnının həmin maddədən zəhərlənməsinə inanmağa meyllidirlər.

Yemelyan Gebrev Ukraynaya silah tədarükündə iştirak edib. 2015-ci il aprelin 18-də tərəfdaşları ilə görüş zamanı iş adamı özünü pis hiss edib və bir qədər sonra huşunu itirib. Eyni əlamətlər onun başqa şəhərdə olan oğlunda və şirkətin direktorunda da hiss olunub. Sonradan məlum olub ki, elə həmin gün, görüşdən bir neçə saat əvvəl, hər üç şəxs Sofiyadakı ofislərində olublar.

Bu işlə bağlı araşdırma aparan “Bellingcat” keçmiş GRU zabiti Sergey Fedotovun Gebrevin zəhərlənməsində iştirak etdiyinə dair nəticəyə gəlib.Bu maddələr qrupuna sinir toksinləri, xüsusən də SSRİ-də hazırlanmış zarin və “novichok” daxildir. İngiltərəyə görə, 2018-ci ildə Salisburidə keçmiş rus kəşfiyyatçısı Sergey Skripal və onun qızı sözügedən “novichok” maddəsi ilə zəhərləniblər.

Avqustun 20-də Tomskdan Moskvaya dönən Aleksey Navalnının səhhəti birdən-birə kəskin pisləşib. Onun olduğu təyyarə Omsk hava limanına təcili eniş edib. O, tez bir zamanda 1 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. İki gecə həmin xəstəxanada koma vəziyyətində qalıb.

Xəstəxananın baş həkimi ilkin olaraq ona maddələr mübadiləsinin pozuntusu diaqnozu qoyulduğunu açıqlayıb. Əlavə edib ki, belə bir vəziyyət onun qanında şəkərin səviyyəsinin kəskin düşməsinə səbəb olub.

Aleksey Navalnı avqustun 22-də xüsusi təyyarə ilə Omskdan Berlinə gətirilib. O, hazırda Berlindəki “Charite” xəstəxanasında müalicə olunur. Həkimlər onun süni nəfəs aparatına qoşulduğunu və hələ də komada olduğunu bildirirlər. (azadliq.org)