Navalnı aclıq aksiyasını dayandırdı: Ona öləcəyini deyiblərbackend

Navalnı aclıq aksiyasını dayandırdı: Ona öləcəyini deyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Vladimir vilayətində cəzaçəkmə müəssisəsinin xəstəxanasında saxlanılan Rusiya müxalifətinin lideri Aleksey Navalnı aclıq aksiyasını dayandırıb.

TİA.AZ  BBC-yə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı müraciət yayıb.

“Aclıqdan çıxmağa başlayıram”, – müxalifət lideri bildirib.

Qeyd edək ki, A.Navalnı həkimlərin onu müayinə etməsi tələbi ilə martın 31-dən aclığa başlamışdı. Bir müddət əvvəl müalicə həkimləri A.Navalnını aksiyanı dayandırmağa çağırmışdılar.