NATO və Rusiya arasında təmas yoxdur – Artıq 2 ildirbackend

NATO və Rusiya arasında təmas yoxdur – Artıq 2 ildir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demək olar, artıq 2 ildir ki, Rusiya və NATO təmas qurmur. Tərəflər dialoq qura bilmirlər və buna görə məsuliyyəti Rusiya daşıyır.

Bu fikri NATO Baş katibi Yens Stoltenberq səsləndirib. Xəbəri Norveçin «VG» portalı yayıb.

O, xatırladıb ki, NATO-da dəfələrlə Rusiya-NATO Şurasının iclasının çağırılması ideyası ilə çıxış ediblər, ancaq Rusiya görüşmək istəməyib. Sonuncu iclas 2019-cu il iyulun 5-də keçib.

O vaxtdan bəri NATO xarici işlər nazirlikləri hətta bu mövzuda ayrıca görüş keçiriblər və onun gedişində bəyan ediblər ki, Rusiyanın bu davranışından çox narahatdırlar – hesab edirlər ki, ölkə «demokratik qüvvələri boğur, öz sərhədlərinin xaricində isə digər dövlətlərə qarşı aqressiv münasibət sərgiləyir. Rusiya boz bölgədə sülh və müharibə arasında fəaliyyət göstərir, kiberhücumlar edir, demokratik ölkələrdə seçkilərə təsir göstərir, müxalifət nümayəndələrinə hücumlar təşkil edir» – Stotenberq qeyd edib.

Eyni zamanda o, etiraf edib ki, ötən 2 ildə hər-halda irəliləyiş olub – Rusiya və ABŞ arasında SHS-3 müqaviləsinin müddəti daha 5 il uzadılıb. «İnanmaq istərdik ki, bu, həmin istiqamətdə final yox, yalnız gələcək silahsızlaşmanın ilk mərhələsidir» – NATO başçısı qeyd edib.