Tribuna İnformasiya Agentliyi

NATO Rusiya sərhədlərinə 45 min hərbçi göndərəcək

08 Mart

NATO ölkələri Rusiya sərhədlərində iri miqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır.

Oxu.Az  RT-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dəniz piyadaları korpusunun komandanı general Robert Neller bəyanat səsləndirib.

Təlimlərdə 45 minə yaxın hərbçinin iştirak edəcəyi bildirilir.

“Bu payız, oktyabr ayında NATO-nun böyük təlimi keçiriləcək. Yəqin ki, bu amfibiyaların iştirakı ilə hələ soyuq müharibənin pik dönəmlərində  “Üçbaşlı əsanın birləşməsi” adı altında keçirilən təlimlərdən bəri ən iri miqyaslı hərbi təlimlər olacaq” deyə ABŞ generalı bildirib.

Onun sözlərinə görə, hərbi manevrlər Norveç sahillərində keçiriləcək, onlarla döyüş gəmisi və hərbi təyyarənin səfərbər olunacağı bildirilir.

Amerikalı general “müharibə oyunlarının” konkret olaraq hansı yerdə keçirləcəyini bildirməsə də, Rusiya sərhədi yaxınlığında olacağına eyham vurub.

“Rusiya Federasiyası tərəfdən demarşların olacağına əminəm. Ancaq hesab edirəm ki, bu ABŞ strategiyasının ciddiliyini göstərir, bizim NATO müttəfiqlərimiz isə öz müdafiələri üçün bizi Avropada görmək istəyir”