NATO RUS QOŞUNLARINI QARABAĞDAN ÇIXARA BİLƏR – RƏYbackend

NATO RUS QOŞUNLARINI QARABAĞDAN ÇIXARA BİLƏR – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO rus qoşunlarının Qarabağda olmasından narahatdır. TİA.Az xəbər verir ki, Şimal Alyansının Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bu haqda bildirib.
O deyib ki, rus hərbçilərinin Qarabağda olmasını Moskvanın Gürcüstan ətrafında hərbi qüvvələrini artırması kimi qəbul edirlər və əlavə edib ki, Azərbaycan rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Ekspertlərin fikrincə, NATO-nun narahatlığı Azərbaycanın əlini gücləndirən məqamlardandır.
Birincisi, Bakı rus qoşunlarının sülhməramlı adı altında Qarabağda 5 ildən artıq qalmaq istəyinə qarşı NATO-nun da dəstəyini əldə edir.
İkincisi, NATO-nun bu mövqeyi Rusiyanı bölgədə maraqlarını qorumaq üçün Ankara və Bakı ilə anlaşmağa məcbur edir.

TİA.Az