backend

NATO rəsmisi Belçikada qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş auditoru İv Şandelonin Belçikanın Anden şəhərində cəsədi tapılıb. 

NATO-nun baş auditoru İv Şandelonin Belçikanın Anden şəhərində cəsədi tapılıb.

TİA.AZ “Ria Novosti”yə istinadən məlumat verir ki, onun cəsədi yaşadığı Lens şəhərindən 100 km aralıda tapılıb.

60 yaşlı Şandeloun adına üç silah qeydiyyatda olub. Lakin cəsədinin yanında tapılan silahın qeydiyyatı olmayıb.

İlkin məlumatlara görə, məmur odlu silahdan baş nahiyəsinə atəş açaraq intihar edib. Lakin onun ailəsi bu versiyanı inkar edib. İddia edilir ki, Şandelon qətlə yetirilib.

Yaxınları ona son vaxtlar naməlum zənglərin gəldiyini bildirb.

Qeyd edək ki, İ.Şandelon NATO-da terrorçuluğun maliyyələşdirilməsinə qarşı məsələlərlə məşğul olub.