Tribuna İnformasiya Agentliyi

“NATO Qarabağdakı vəziyyətdən narahatdır”

09 Dekabr

NATO Dağlıq Qarabağda vəziyyətin eskalasiyasından hər zaman narahatdır. 

NATO Dağlıq Qarabağda vəziyyətin eskalasiyasından hər zaman narahatdır.

APA-nın məlumatına görə, bu sözləri NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahyu deyib. O bildirib ki, NATO münaqişənin sülh yolu ilə həllini və Minsk prosesini dəstəkləyir: “Biz sülh yolu ilə nizamlanma görmək istəyirik. Hesab edirik ki, anlaşma əldə etmək münaqişəyə cəlb olunmuş ölkələrdən asılıdır”.

U. Lahyu Rusiya və Ermənistanın birləşmiş qoşun qruplaşması yaratması məsələsinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan suveren ölkədir, qonşuları ilə necə münasibət qurmaq onun öz qərarıdır: “NATO bütün ölkələrin suverenliyinə hörmətlə yanaşır, hər ölkənin öz təhlükəsizliyi və xarici əlaqələri ilə bağlı qərar vermək hüququ var”.