NATO Gürcüstanda genişmiqyaslı təlimlərə başladı – Səfirlik bəyanat yaydıbackend

NATO Gürcüstanda genişmiqyaslı təlimlərə başladı – Səfirlik bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Birləşmiş Ştatların, Polşanın və Fransanın iştirakı ilə hərbi manevrlərə başlanıb. NATO-nun Nəcib Partnyor 2020 (The Noble Partner 2020) adlı çoxmillətli hərbi təlimlərinə sentyabrın 7-də start verilib.

Manevrlər sentyabrın 18-də başa çatmalıdır. ABŞ-ın Tiflisdəki səfirliyi sentyabrın 7-də bildirib ki, sayca beşinci olan bu təlimlərdən məqsəd Birləşmiş Ştatların çoxmillətli coğrafiyada hərbi hazırlığının yoxlanmasıdır. Səfirliyin bəyanatında deyilir ki, hərbçilər döyüş silahları və hərbi texnikanın iştirakı ilə təlim keçəcək.

Bəyanatda vurğulanır ki, Nəcib Partnyor silsilə manevrlərindən əsas məqsəd ABŞ-ın regional sabitliyə can atmasını və NATO müttəfiqlərinə dəstək verməyə hazır olduğunu nümayiş etdirməkdir.göstərməlidir.

Xatırladaq ki, Gürcüstan NATO üzvü olmaq niyyətini açıq bəyan etmiş keçmiş sovet respublikalarındandır.

ABŞ Tbilisinin bu niyyətinə müsbət yanaşdığını bildirib. NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammitində Gürcüstanın gələcəkdə alyans üzvü olacağına rəsmi razılıq verilmişdi. Moskva NATO-nun bu bəyanatından narazılığını bildirmişdi.

Həmin ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra Rusiya separatçı Abxaziya və Şimali Osetiyanın müstəqilliyini tanıyıb. Gürcüstanın NATO üzvü olmaq niyyətini alyansın heç də bütün üzvlıəri dəstəkləmirlər. (azadliq.org)