Tribuna İnformasiya Agentliyi

NATO fövqəladə toplantı keçirəcək

26 Noyabr

Bu gün NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə iclas keçirəcək.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Brüsseldə hərbi alyansın Ukrayna komissiyası Azov dənizinin Kerç boğazındakı hadisələri müzakirə edəcək.

Toplantının NATO-nun baş qərargahında, səfirlər səviyyəsində keçirilməsi planlaşdırılıb.

Noyabrın 26-da NATO-nun baş katibi Yens Stoltenberqlə Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub. Tərəflər Azov dənizində yaranmış vəziyyəti müzakirə ediblər.