backend

NATO-dan Qarabağ açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır və danışıqlarda iştirak etmir. NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır və danışıqlarda iştirak etmir.

TİA.AZ xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda keçirilən NATO PA-nın plenar iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, alyans münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir: “Prosesdə maraqlıyıq və bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə təşviq edirik”.

NATO-nun baş katibi bildirib ki, Alyans üçün qərar ən ali dəyərdir. O, Ermənistan-NATO və Azərbaycan-NATO münasibətlərində tərəfləri Qarabağ məsələsində NATO-ya şərt qoymamağa çağırıb.