NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın NATO-ya üzv olacağını bildirib.
Gürcüstanın NATO-ya qəbul olunması məsələsi iyulun 11-də artıq müzakirə olunub və bu sahədə işlər davam etdirilir.
“Biz Gürcüstanın Avro-Atlantik səylərini tamamilə dəstəkləyirik. Gürcüstan NATO-nun üzvü olacaq” – Stoltenberq bəyan edib.
Qeyd edək ki, Gürcüstan alyansa üzvlük üçün 10 ildən artıq bir müddətdir ki, mübarizə aparır. 2008-ci ildə bu ölkənin NATO-ya qəbulunun mümkünlüyü vurğulanıb. 2014-cü ildə keçirilən sammitdə isə Gürcüstanın alyansa qəbulu üçün bir sıra tədbirlər təsdiq edilib.(Modern.az)