Tribuna İnformasiya Agentliyi

NATO-dan ABŞ-Türkiyə gərginliyi ilə bağlı – Açıqlama

14 Avqust

NATO səlahiyyətliləri Türkiyə ilə ABŞ arasındakı gərginliklə bağlı açıqlama verib.

“Qafqazinfo”nun “Posta”ya istinadən məlumatına görə, alyansdan müttəfiqlər arasındakı gərginliyin ittifaq çərçivəsində təməl prinsiplərə heç bir ziyan vurmadığı bildirilib:

“Təşkilat üzvləri arasında zaman-zaman fikir ayrılığı ola bilər. Ancaq bu, əsasən ikitərəfli əlaqələrə aiddir. NATO üzvləri arasında fikir müxtəlifliyi olsa da, onlar həmrəylik və bir-birini qoruma mövzusunda hər zaman qarşılıqlı anlaşma şəraitindədirlər”.