Tribuna İnformasiya Agentliyi

NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb – VİDEO

01 Dekabr

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın ittifaq üçün əsas təhlükə olduğunu bildirib.

TİA.AZ xəbər verir ki, bu barədə “France 24” xəbər verib.

O, bildirib ki, Rusiya nüvə silahının müasirləşdirilməsi ilə məşğul olur, orta və kiçik mənzilli raketlərinin zərərsizləşdirilməsi haqqında müqaviləyə riayət etmir. Bundan başqa, NATO baş katibi rəsmi Moskvanı öz hərəkətlərində inadlı adlandırıb.

Stoltenberq ittifaqın özünü “tarixdə ən güclü və müvəffəqiyyətli” kimi qiymətləndirib.

Onun fikirincə, NATO üzvləri tez dəyişən dünyaya müvəffəqiyyətlə uyğunlaşa biliblər.

Şərhlər