NATİQ CƏFƏRLİDƏN ŞƏRH: SUMQAYITDAN UKRAYNAYA YARDIM GETDİ, “AZƏRSUN”UN FABRİKİ KÜL OLDU – TƏSADÜF?!backend

NATİQ CƏFƏRLİDƏN ŞƏRH: SUMQAYITDAN UKRAYNAYA YARDIM GETDİ, “AZƏRSUN”UN FABRİKİ KÜL OLDU – TƏSADÜF?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım, dərman və ərzaq məhsulları göndərilib. Ərzaq məhsulları əsasən konservlərdən ibarət olub, ərzaq konservlərini “Azərsun” şirkəti istehsal edir. Bir gün sonra şirkətin anbarlarında böyük yanğın olub – təsadüfdürmü?!”
TİA.Az xəbər verir ki, REAL Partiyasının üzvü Natiq Cəfərli bildirib. O, yanğınla bağlı öz fikirlərini bölüşüb: “Bilmirəm, ola bilər, amma olmaya da bilər. Çox ağır zamanda yaşayırıq, hamımız – hökumət də, müxalifət də, sivil toplum və media da daha məsuliyyətli olmalıdır. Dövlət hamımızındır, müstəqillik birgə dəyərimizdir. Müstəqil olmasaq nə iqtidar, nə müxalif olmağın heç bir önəmi, əhəmiyyəti qalmır…”
Qeyd edək ki, aprelin 28-də “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş dəhşətli yanğın ölkənin qida sənayesinə ciddi şəkildə zərbə olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində yanğın aprelin 29-u səhər saatlarında söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu hadisənin başvermə səbəblərini araşdırır. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Bu haqda TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib. O qeyd edib ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır: “Həyatları üçün heç bir təhlükə yoxdur. Yanğın hadisəsinin ilk baş vermə anından Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub”. “Azəriqaz”ın yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov isə bildirib ki, dəymiş zərər aparılacaq tədqiqat işlərinin nəticələrinə görə müəyyən ediləcək.

TİA.Az