Natiq Cəfərli:”Vətəndaşlar bundan əziyyət çəkir, Elman Rüstəmovun isə heç vecinə deyil”backend

Natiq Cəfərli:”Vətəndaşlar bundan əziyyət çəkir, Elman Rüstəmovun isə heç vecinə deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mərkəzi Bank tamamiylə qanunsuz, məntiqsiz, həm də izahedici sənəd olmadan ancaq tapşırıqla ölkədə dollar satışına mənasız qadağalar, məhdudiyyətlər qoyub”
TİA.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli öz sosial şəbəkə hesabında yazıb:
“Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir. Limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il (12 ay) ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaqdır.
Hazırda 12 ay müddəti başa çatmış və buna görə banklara dollar almaq üçün müraciət edən vətəndaşlara bildirilir ki, limit Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışı mümkün olmayacaq.
Qanunsuz və məntiqsiz qadağa qoymaları bir yana, 1 il müddəti bitən vətəndaşların limitini də sıfırlamayıblar. Vətəndaşlar bundan əziyyət çəkir, Elman Rüstəmovun isə heç vecinə deyil.
Belə qadağalar, məhdudiyyətlər normal bazar iqtisadiyyatı olan ölkələrdə mümkün deyil, hətta belə qadağaya cəhd edən ölkə həmən batar – milli valyutası devalvasiyaya uğrayar, investorlar ölkədın qaçar. Bizdə analoqu olmayan anormal sistem olduğu, məzənnənin əmrlə təyin edildiyi, xarici investorun isə ölkədən yan gəzdiyi üçün belə mənasız qərarlar alırlar.
Əslində qərar o qədər məzmunsuzdur ki, vətəndaşları yan keçməyə sövq edir – əgər mənim 11.700 dollarlıq limitim dolubsa, qardaşımın, bacımın, qonşumun, dost-tanışımın şəxsiyyət vəsiqəsini götürüb gedib dollar alacam. Bu da mümkün olmasa, qara bazardan alacam – bu tipli məntiqsiz qərarlar zatən qara bazarı dirçəldir.”

Aytac Sahəd

TİA.AZ