Natiq Cəfərli:”Bizdə eybəcər məmur-korrupsiya sistemidir”backend

Natiq Cəfərli:”Bizdə eybəcər məmur-korrupsiya sistemidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədə dövlət-məmur “kapitalizmi” mövcuddur, bütün layihələr gələcəkdə gəlirlə işləməyə deyil də, təmir-tikinti zamanı büdcəni “sökməyə”, avadanlıq alarkən büdcəni “sağmağa”, işlədərkən isə xərcləri şişirdərək “ziyanla” işlədiyini göstərib həm pul mənimsəməyə, həm də vergidən yayınmağa hesablanıb”
TİA.AZ xəbər  verir ki,bu sözləri tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb. Sözügedən paylaşımda Baki Sağlamlıq Mərkəzinin fəaliyyətindən danışan ekspert mərkəzin fəaliyyəti zamanı göstərilən rəqəmləri müqayisə edib:

“Prezident İlham Əliyev 7 yanvar 2014-cü ildə Bakı Sağlamlıq Mərkəzinin açılışını etmişdi. Büdcədən ayrılan vəsait hesabına Mərkəzin inşasına 2010-ci ildə başlanmışdı. İşlər yarımçıq qalmasın deyə, 9 iyul 2011-ci ildə Prezidentin ehtiyat Fondundan əlavə (bir daha, əlavə) olaraq 5 mln. Manat ayrılmışdı. Prezident sonra 18 oktyabr 2017-ci ildə növbəti fərmanla Bakı Sağlamlıq Mərkəzinin nəznində Publik Hüquqi Şəxs yaradı ki, öz xərcini ödəyə bilsin, qazancla çalışmağa başlasın, büdcəyə yük olmaqdan qurtulsun.
Dörd il keçdi, gəlin indi nəticələrə baxaq: Bakı Sağlamlıq Mərkəzi 2020-ci ili 6 milyon 724 min manat xalis zərər ilə başa vurub. Mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərər ilə bağlamışdı – beləliklə, ötən il Mərkəzin zərəri artıb.

Publik Şəxs etdilər ki, güya, Mərkəz gəlirlə işləsin, amma hər ili xalis zərərlə başa vurub, bu bir qırağa, 2017-ci ildə Publik Hüquqi Şəxsə çevriləndə Mərkəzin nizamnamə kapitalı 75 mln. 714 min manat idi, 2020-ci ilin sonuna isə nizamnamə kapitalı azalaraq 56 mln. 30 min manat təşkil edib, yəni, bu illər ərzində nizamnamə kapitalı 19 mln. 683 min manat “əriyib”.
Dövlət-hökumət iqtisadiyyatda ən pis menecerdir, dünyada da belədir, sadəcə bizdə o qədər eybəcər məmur-korrupsiya sistemidir ki, bütün yaxşı ideyaları da batırırlar. Dövlət iqtisadiyyatda birbaşa oyunçu olmamalı, ən yaxşı halda “startup” rolunu oynamalıdır…

TİA.AZ