Natiq Cəfərli “Azərxalça”da 22 milyon yeyinti haqda: “Dövlət niyə xalça toxusun ki?”backend

Natiq Cəfərli “Azərxalça”da 22 milyon yeyinti haqda: “Dövlət niyə xalça toxusun ki?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Korrupsiya ilə bağlı problemlər olmasaydı və büdcədən ayrılan maliyyə vəsaitləri normal, şəffaf şəkildə xərclənsəydi, indi Azərbaycanda işsizlik problemi yaşanmazdı”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə faktından danışarkən deyib. Onun fikirincə, belə olan təqdirdə işsizlik problemi aşağı, vətəndaşların gəlir səviyyəsi indikindən yuxarı və ölkədə daha çox iş yerləri – zavod və fabriklər açılardı:
“Ölkənin xarici ticarətində qeyri-neft sektorunun payı yüksələrdi. Söhbət tək “Azərxalça”dan getmir, bütün dövlət və hökumət qurumlarına ayrılan vəsaitlərdə şəffaf xərcləmələr olsaydı, Azərbaycan iqtisadi və sosial həyat nöqteyi-nəzərindən indikindən qat-qat öndə olardı. Dövlət birbaşa idarəetmədən əl çəkməlidir. Dövlət niyə xalça toxusun ki? Xalça toxumaq o qədər də böyük texnoloji proses deyil. Dövlət xalça toxuyanlara dəstək olmaq istəyirsə, onlara faizsiz kredit verə bilərdi, vergidə gömrük güzəştləri edə bilərdi, o zaman avtomatik olaraq özü inkişaf edəcəkdi. Belə sahələr çoxdur”.
İqtisadçı əlavə edib ki, bu, dövlətin iqtisadiyyatda bir başa oyunçu olmaq istəyindən irəli gəlir ki, o da doğru yanaşma deyil:
“Zərərli praktikalardan uzaq olmaq lazımdır ki, iqtisadi dirçəliş üçün daha yaxşı fürsətlər yaransın”.