“National Interest” III Dünya müharibəsinin necə başlayacağını yazdı: “Bu dəfə…”backend

“National Interest” III Dünya müharibəsinin necə başlayacağını yazdı: “Bu dəfə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaponiya İkinci Dünya Müharibəsində Polşa rolunu oynaya bilər, ancaq bu yeni qarşıdurmada aqressor rolunu Rusiya ilə Çin oynayacaq. 
TİA.AZ xəbər verir ki, bu haqda “The National Interest”də dərc olunmuş materialda deyilir. Müəllif C.K.Vayli adına ABŞ Hərbi Dəniz Akademiyasının Dəniz strategiyası kafedrasının müdiri Ceyms Holmsdur.
Rusiya Federasiyası, Çin, Şimali Koreya və İran kimi “avtoritar” dövlətləri sivilizasiyanın düşməni hesab edir və Vladimir Putinin “SSRİ-nin dağılması XX əsrin ən böyük geosiyasi fəlakəti”dir ifadəsini isə yeni bir imperiyanın yaranmasına çağırış adlandırır.
Holmsun məqaləsində deyilir ki, Rusiya və Çin Yaponiyadan bəzi əraziləri almaq istəyir. Rusiya ilə bağlı heç bir məlumat verilməyib, Pekin isə mübahisəli Senkaku adalarından imtina etmək istəmir. Birləşmiş Ştatlara da bir xəbərdarlıq edilir: “Amerika liderləri öz növbəsində düşünməlidir ki, 1930-cu illərdə Hitlerin intiqam hisslərini, əraziyə, imperiya statusuna olan aclığını doyuraraq sakitləşdirə biləcəklərini düşünən İngiltərə və Fransa dövlət liderləri rolunu oynamayacaqlar ki…”
Şərqi Asiyada 1930-cu illərin ruhu “dalğalanır”, Rusiya ilə Çin arasında yaxınlaşan qarşıdurma istisna edilmir, baxmayaraq ki, bu, Yaponiya üçün təsəlliverici olmayacaq. Müəllif vurğulayır ki, Yaponiyada müttəfiqi tərəfdən çıxış etməyə hazır olan Amerika qoşunlarının olması onu “ruhlandırır”.
Holmes xəbərdarlıq edir ki, Rusiya və Çin Yaponiyaya zərbə vurmaq üçün nüvə olmayan strategiya və texnologiyalardan istifadə edə bilərlər və ABŞ-ın buna reaksiya verməyə vaxtı olmayacaq. Əsas nəticə budur ki, rəqabətə tab gətirmək üçün öz gücünüzü gücləndirməlisiniz və cavab üçün texnologiyaları inkişaf etdirməlisiniz.