Tribuna İnformasiya Agentliyi

NASA ilk dəfə Marsda küləyin səsini qeydə alıb – VİDEO

08 Dekabr

Amerikanın daha əvvəl Marsa enən avtomatik planetlərarası stansiyası “Mars InSight” Qırmızı planetdə ilk dəfə olaraq küləyin səsini qeydə alaraq yerə göndərə bilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü NASA-nın direktoru Cim Braydenstayn “Twitter” mikrobloqunda yazıb.

“İnsanlar əvvəl Marsda küləyin səsini eşitməmişdilər! “Mars InSight”ın Marsda qeydə aldığı küləyin səsini dinləyin”, – deyə o yazıb və ABŞ Milli Aeronavtika və Kosmik Məkanın Tədqiqi İdarəsinin vebsaytına yerləşdirilən səs qeydinin linkini paylaşıb.

Bundan əvvəl Marsda parlayan naməlum cism tapılıb.