NASA 2025-ci ildə Aya astronavt endirəcək, Ayda kolonizasiya başlayacaqbackend

NASA 2025-ci ildə Aya astronavt endirəcək, Ayda kolonizasiya başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Artemida” proqramı çərçivəsində gəmidə ekipajla Aya ilk sınaq uçuşu 2024-cü ilin may ayında baş tutacaq və astronavtların 2025-ci ildə Aya enməsi planlaşdırılır.
TİA.AZ xəbər verir ki, bu haqda NASA administratoru Bill Nelson proqramla bağlı onlayn konfransda deyib.
Nelson həmçinin bildirib ki, kosmik agentliyi “Orion” kosmik gəmisinin inkişafı üçün ödənişlərin məbləğini 9,3 milyard dollara çatdıracaq.
Onun sözlərinə görə, müxtəlif amillər, o cümlədən koronavirus pandemiyasının yaratdığı gecikmələr və müqavilələr üzrə məhkəmə çəkişmələri proqramın büdcəsində və müddətində dəyişikliklərə səbəb olub.
NASA administratoru bildirib ki, “Artemida-2” adlanan Aya ilk insanlı missiyanın 2024-cü ilin mayında başlanması gözlənilir. Bu missiya çərçivəsində dörd astronavtdan ibarət ekipaj Yerin peykinə gedəcək. Uzun bir kosmos uçuşundan sonra astronavtlarla birlikdə “Orion” desant gəmisi Atlantik okeanına enəcək. Eyni zamanda, astronavtların Aya enişi 2025-ci ildən tez olmayacaq. Bundan əvvəl kosmik gəmi Aya ekipajsız enəcək.
“Artemida” proqramı 2020-ci ildə elan edilib. Onun əsas məqsədi 55 ildən sonra bir insanın Ay səthinə qayıtması, Aya yaxın stansiyanın tikintisi və gələcəkdə Ayda mümkün kolonizasiya üçün şəraitin hazırlanmasıdır.