Narkotik çəkərkən videosu yayılan gənclər saxlanıldı (VİDEO)backend

Narkotik çəkərkən videosu yayılan gənclər saxlanıldı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Suraxanı rayonunun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələri ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 14 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə,  əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olan Ramin Nuriyev saxlanılıb. Onun üzərindən və evindən 1 kiloqrama yaxın heroin və 64 qram metamfetamin aşkar edilib.
Saxlanılan şəxs ifadəsində əsasən Suraxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Qeyd edək ki, Ramin Nuriyev ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün “Rəmiş” adından istifadə edirmiş.
Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Azər İmanov, Mehbalı Rzayev, Fərman Əliyev, Orxan İbrahimov və Rəşad Əsgərov da saxlanılıb. Bu şəxslərdən də külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Xatırladaq ki, Azər İmanov və Mehbalı Rzayevin narkotik vasitələrdən istifadə etməsinin görüntüləri sosial şəbəkələrdə də yayılmışdı.
Digər əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur Bağırov, Murad Qafarov, Ağamməd Vahidov, İlahə Rəhimova, Rəhman Hüseynov, Məhəmməd Əliyev, Murad Məmmədzadə və Siruz Hacıyev saxlanılıblar.
Onların da üzərindən külli miqdarda heroin, netamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib.