Tribuna İnformasiya Agentliyi

Narkotacir bələdiyyə başçısı snayperlə öldürüldü – VİDEO

02 İyul

Filippində narkotik ticarətində ittiham olunan bələdiyyə başçısı qatıldığı mərasimdə öldürülüb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə paytaxt Manilanın cənubundakı Batanqas bölgəsinin Tanauan şəhərində baş verib.

Bələdiyyə başçısı Antonio Halili snayperdən açılan atəş nəticəsində həyatını itirib. Silahlı şəxslərin hadisə yerindən qaçdığı bildirilib.

Xatırladaq ki, 2016-cı il iyunun 30-da Filippin prezidenti seçilən Rodriqo Duterte narkotik ticarəti ilə mübarizəyə üstünlük verəcəyini açıqlamışdı. O, polislərə narkotacirlərin vurulması ilə bağlı əmr vermişdi.