Tribuna İnformasiya Agentliyi

Nardaran hadisələrinə görə həbsdə olan dörd nəfər əfv olunub

16 Mart

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda Nardaran hadisələrinə görə həbs olunmuş şəxslərin də adı var.

TİA.AZ xəbər verir ki, sərəncama əsasən, Elman Ağayev, Elxan Həsənov, Zülfüqar Mikayılov və Ruzi İsmayılov əfv edilənlər arasında olub.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.