Tribuna İnformasiya Agentliyi

“Nar”dan Yeni il kampaniyası

15 Dekabr

“Nar” və “İrşad Electroniks” mağazalar şəbəkəsi növbəti birgə kampaniyaya start verib. 

“Nar” və “İrşad Electroniks” mağazalar şəbəkəsi növbəti birgə kampaniyaya start verib.

“Nar”dan TİA.AZ-a verilən məlumata görə, 17 gün davam edəcək kampaniya çərçivəsində hər bir kəs yalnız komissiya haqqı ödəmək şərtilə “İrşad Electroniks” dükanlarından 6 aylıq faizsiz ödəmə ilə istənilən smartfonu və ya başqa cihazı ala bilər. Əlavə olaraq, smartfon almış hər bir şəxs bonus şəklində “Nar”dan nömrə, aylıq 33,33 AZN dəyərində şəbəkədaxili danışıq balansı və 250 MB internet trafiki hədiyyə alır.

Kampaniyadan yararlanıb mobil telefonları əldə etmək üçün “Nar”ın rəsmi tərəfdaşı olan “İrşad Electroniks” mağazalarına müraciət etmək kifayətdir. 15 dekabr – 31 dekabr 2016-cı il tarixləri arasında aktiv olacaq kampaniya bütün məhsulları əhatə edir.

Əlavə məlumatı nar.az internet səhifəsi və “İrşad Electroniks” çağrı mərkəzi (*0171) vasitəsilə öyrənmək olar.