Narazı namizədlər Konstitusiya Məhkəməsinə müraciət etdilərbackend

Narazı namizədlər Konstitusiya Məhkəməsinə müraciət etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 5-də Konstitusiya Məhkəməsi 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təqdim etdiyi yekun protokolun təsdiqlənməsini və müraciətləri müzakirə edəcək. 

Seçkinin nəticələrindən narazı qalan 236 namizəd bir araya gəlib vahid müraciət hazırlayaraq, Konstitusiya Məhkəməsinə təqdim ediblər. Bu namizədlər 11 partiyanın təmsilçiləri və bitərəflərdən ibarət olmaqla, 94 seçki dairəsini əhatə edirlər. Namizədlər yüksək məhkəmədən seçkilərin nəticələrinin ləğv olunmasını xahiş edirlər.

Qeyd edək ki, sənəd Konstitusiya Məhkəməsi ilə yanaşı Prezident Administrasiyasına da təqdim edilib. Namizədlərin Təşəbbüs Qrupu Məhkəmənin qərarından sonra toplaşıb veriləcək qərarı dəyərləndirəcəklərini bildiriblər.