backend

“Narahatlığa səbəb yoxdur, ölənlər sığortalanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün İranda baş verən qatar toqquşması nəticəsində həyatını itirənlərlə bağlı İranın Yol və Şəhərsalma naziri Abbas Əhməd Axundinin açıqlaması ciddi etiraza səbəb olub. 

Ötən gün İranda baş verən qatar toqquşması nəticəsində həyatını itirənlərlə bağlı İranın Yol və Şəhərsalma naziri Abbas Əhməd Axundinin açıqlaması ciddi etiraza səbəb olub.

TİA.AZ “Farsnyus”a istinadla xəbər verir ki, nazirin “narahatlığa səbəb yoxdur, ölənlərin hamısı sığortalanıb” deməsi əhali arasında əks-səda doğurub. Bu sözü ölənlərin ruhuna hörmətsizlik sayan İran xalqı nazir barədə hökumətin ölçü götürməsini istəyir.

Xatırladaq ki, ötən gün Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 7 vaqonda yanğın baş verib. Son məlumata görə, 44 nəfər həlak olub, 100-dən çox yaralı var.

Nazir Abbas Axundi Türkmənistana ötən gün nəzərdə tutulan səfərini təxirə salaraq, təcili hadisə yerinə getmişdi.