“Nar” “Karabakh is Azerbaijan” beynəlxalq onlayn şahmat seriyasına dəstək olubbackend

“Nar” “Karabakh is Azerbaijan” beynəlxalq onlayn şahmat seriyasına dəstək olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclərin intellektual inkişafına hər zaman xüsusi önəm verən “Nar” chess.az saytının “Karabakh is Azerbaijan” beynəlxalq onlayn şahmat seriyasına dəstək olub. Seriya 8 turnirdən və böyük finaldan ibarətdir. Turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyır.

TİA.AZ xəbər verir ki, martın 14-də baş tutacaq böyük finalda 8 turnirin nəticələrinə görə, 10 ən güclü şahmatçı mübarizə aparacaq. Qalib gələcək şahmatçılar “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Seriya lichess.org şahmat platforması üzərindən keçirilir. Qeyd edək ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə karantin rejiminin davam etməsi səbəbindən şahmat yarışları onlayn keçirilir.